BAKI, 10 may. TELEQRAF

"Danışıqlar aparmaq heç də təslim olmaq anlamına gəlmir. Bizim əsas hədəfimiz İran xalqının hüquqlarını reallaşdırmaq və ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etməkdir".

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müharibə nəticəsində dəymiş ziyanın bərpası və yenidənqurma işlərinə dair keçirilən iclasda bildirib.

O qeyd edib ki, Tehran öz suverenliyini qorumaqla bərabər, dialoq masasında da prinsipial mövqe nümayiş etdirir:

"Diplomatik təşəbbüslər İran dövlətinin zəifliyini deyil, əksinə, xalqın haqlı tələblərini beynəlxalq müstəvidə nüfuzlu şəkildə çatdırmaq strategiyasını əks etdirir".

Onun sözlərinə görə, İran xalqı öz haqqını və milli maraqlarını heç vaxt düşmənə güzəştə getməyəcək:

"Hökumətin prioritet vəzifəsi həm müharibənin fəsadlarını aradan qaldırmaq, həm də dövlətin gələcəyini qətiyyətli addımlarla təmin etməkdir".