BAKI, 10 may. TELEQRAF

Almaniyanın paytaxtı Berlində Qələbə Günü münasibətilə keçirilən tədbirlər zamanı polis tərəfindən 43 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Berlin polisinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, tədbirlər zamanı ümumilikdə 25 ictimai asayiş pozuntusu və bir icazəsiz dron uçuşu qeydə alınıb.

Polis nümayəndələri bildiriblər ki, təhqir, saxlanılma zamanı müqavimət göstərilməsi və hücum faktları ilə bağlı 13 cinayət işi açılıb.

Qeyd olunub ki, həyata keçirilən saxlanılmalara baxmayaraq, iki gün davam edən anım tədbirləri ümumilikdə sakit və ciddi insidentsiz keçib.