BAKI, 10 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan dördotaqlı mənzilin bir otağının və mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə, binaya bitişik sahəsi 30kv.m. olan talvar, yaxınlıqda quraşdırılmış gücü 4 kVt olan transformatorun 9 ədəd qoruyucu açarı yanıb. Bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Digər mənzillər və yaşayış binası yanğından mühafizə olunub.
***
13:32
Bakıda Hüseyn Cavid prospektində fərdi yaşayış mənzili yanıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Mənzildə olan 2 nəfərdən 1-i 4-cü dərəcəli yanıq xəsarəti alıb. Həmin şəxsə yerində tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. FHN-in yanğınsöndürmə xidməti hadisə yerinə cəlb edilib.
Yanğın məhdudlaşdırılıb.