BAKI, 10 may. TELEQRAF

"Hondius" gəmisindən sərnişinlərin birinci qrupunun qururya çıxarılmasına başlanılıb. Hazırda ÜST ekspertləri hadisə yerində İspaniya Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstərirlər".

Teleqraf xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində məlumat paylaşıb.

O qeyd edib ki, ÜST mütəxəssisləri İspaniyanın Səhiyyə Nazirliyi ilə birlikdə hadisə yerində fəaliyyət göstərir. Onlar sərnişinlərin epidemioloji vəziyyətinin qiymətləndirilməsini aparır və Daxili İşlər Nazirliyi ilə birlikdə çarter reyslərinin təşkilini koordinasiya edirlər.

Qeyd edək ki, gəmidə hantavirusun yayılması ilə bağlı əvvəlki günlərdə bir neçə ölüm hadisəsi qeydə alınmışdı.