BAKI, 10 may. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.

Teleqraf xəbər verir ki, sonra dövlət başçısı Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub.