QƏBƏLƏ, 9 may. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXXI turunda “Qəbələ” və “Qarabağ” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşdə qolları Kadi Borges (29-cu dəqiqə) və İsmael Akinade (57-ci dəqiqə) vurublar.

Bu nəticədən sonra Qurban Qurbanovun komandası 63 xalla turnir cədvəlinin 2-ci pilləsində, Kaxaber Tsxadadzenin kollektivi isə 21 xalla 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti matçında “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:30-da başlayacaq.