BAKI, 9 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Kremldə qeyri-rəsmi görüş keçiriblər.
Teleqraf xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinə yaxınlığı ilə tanınan “Pul Pervoqo” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, liderlər Kremldə işçi şam yeməyində bir araya gəliblər.
Bildirilib ki, görüşdə regional məsələlər və əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin mayın 9-da ondan çox görüş keçirəcəyi gözlənilir.