BAKI, 9 may. TELEQRAF
Myanmanın Moqok bölgəsində ölkədə çəkisinə görə ikinci ən böyük nadir yaqut aşkarlanıb.
Teleqraf xəbər verir ki, 2,2 kiloqramlıq və 11 min karatlıq qiymətli daşın rəng və keyfiyyətinin 1996-cı ildə tapılmış 21 min 450 karatlıq (4,29 kiloqram) yaquta nisbətən daha dəyərli olduğu bildirilir.
Qeyd edək ki, Myanma dünyanın yaqut istehsalının təxminən 90%-ni təmin edir. Bu istehsalın əsas hissəsinin isə ölkənin Moqok bölgəsindən əldə edilir.