BAKI, 9 may. TELEQRAF
Rusiya BMT Təhlükəsizlik Şurasında ABŞ və Bəhreynin İranla bağlı hazırladığı qətnamə layihəsini dəstəkləməyəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Alimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskva ABŞ-Bəhreyn layihəsinin müəlliflərini sənədi geri götürməyə çağırır.
“Danışıqlar masasında ABŞ və Bəhreynin hazırladığı layihə də var və biz onu dəstəkləyə bilmərik. Hazırda layihənin həmmüəlliflərini sənədi geri götürməyə və onun qəbulunu sürətləndirməməyə çağırırıq. Çünki biz hələlik bu sənəd üçün potensial görmürük”, - Alimov bildirib.