ANKARA, 9 may. TELEQRAF
Hatay 6 fevral 2023-cü ildə baş verən zəlzələdən sonra millətimizin gücü ilə yenidən dirçəlməyi bacardı.
Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, Hatayda Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsi və Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən media ilə görüşdə Ətraf mühit və şəhərsalma naziri Murat Kurum belə deyib.
"Əsas məqsədimiz şəhərin ruhunu, yaddaşını və multikultural həyatını bərpa etməkdir. Antakyanı yenidən qurarkən keçmişi silməyəcəyik, onu gələcəyə daşıyacağıq", - M.Kurum əlavə edib.
Nazir deyib ki, zəlzələ zamanı 14 milyon Türkiyə vətəndaşı əziyyət çəkib.
Murat Kurum əlavə edib ki, Türkiyədə iki ildə 500 min mənzil tamamlanıb, 81 vilayətdə isə daha 500 min yeni mənzil layihəsi davam edir.