BAKI, 9 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin onun müvəqqəti atəşkəs təklifini tərəddüd etmədən qəbul etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Mən bunu xahiş etdim və Prezident Putin razılaşdı. Zelenski də razılaşdı, hər ikisi tərəddüd etmədən”, - ABŞ lideri deyib.
Trampın sözlərinə görə, tərəflərin atəşkəs təşəbbüsünə hazır şəkildə yanaşması münaqişənin nizamlanması baxımından mühüm addımdır.