BAKI, 9 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin heç kimi rəsmi şəkildə mayın 9-da keçiriləcək Qələbə Günü tədbirlərinə dəvət etmədiyini bildirib.

Teleqraf xəbər verir ki, Putin bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Biz heç kimi rəsmi şəkildə dəvət etməmişik. Sadəcə demişik ki, gəlmək istəyən hər kəsi görməyə şad olarıq”, - Rusiya lideri bildirib.

Qeyd edək ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Qələbə Günü ilə bağlı təhlükəsizlik tədbirlərinin təmin edilməsinin əsas prioritet olduğunu açıqlamışdı.