BAKI, 9 may. TELEQRAF
Ermənistanın paytaxtı İrəvanda “Güclü Ermənistan” Partiyasının üç tərəfdarı mitinq zamanı saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər soyuq silah gəzdirməkdə şübhəli bilinirlər.
Məlumata görə, onlar polis bölməsinə aparılıb və üzərlərində bıçaqlar aşkarlanıb.
Qeyd edək ki, “Güclü Ermənistan” Partiyası iyunun 7-nə təyin edilmiş parlament seçkiləri öncəsi seçki kampaniyasına İrəvandakı Qələbə parkında start verib.
Mitinqdə minlərlə şəxs rusiyalı erməni iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi partiyaya dəstək nümayiş etdirib.