BAKI, 30 aprel. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Amerika bazaları ilə eyni aqibətlə üzləşəcək.

Teleqraf İranın "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Seyid Məcid Musəvi bildirib.

Musəvi ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki gəmilərinin Amerika bazaları ilə eyni aqibətlə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Briqada generalı ABŞ Mərkəzi Komandanlığınının (CENTCOM) İran infrastrukturlarına zərbələr endirmək planları barədə məlumat əldə etdiklərini qeyd edib.

"Bölgədəki bazalarınızın taleyini gördünüz, hərbi gəmilərinizin də taleyini görəcəksiniz" - general Musəvi sosial mediada yazıb.