Dağıstan rəhbəri Sergey Melikov respublikanın vəzifəsindən ayrılaraq başqa bir vəzifəyə keçiriləcək.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putin yeni regional liderin namizədliyini müzakirə etmək üçün toplaşan Dağıstan Respublikasının nümayəndələri ilə görüş keçirib.
Məlumata görə, Dağıstan nümayəndələri respublikanın rəhbəri vəzifəsinə Dağıstan Ali Məhkəməsinin sədri Fyodor Şukinin və ya prezidentin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsinin müavini Maqomed Ramazanovun namizədliyini irəli sürüblər.
“Sizi bir neçə məsələni müzakirə etməyə dəvət etdim. Birincisi, kadr məsələləri, ikincisi isə daşqınlarla bağlı cari məsələdir. Fəsadların aradan qaldırılması işlərinin necə getdiyi barədə fikirlərinizi eşitmək istədim”, - deyə prezident iclası açaraq bildirib.
Kadr dəyişikliklərindən danışan Putin vurğulayıb ki, burada ən vacib şey respublika başçısının mövcud problemləri həll etməyə qadir olan, bu günə qədər görülən işləri nəzərə alaraq nəyi və necə edəcəyini bilən və ən əsası, xalqın hörmətini, etibarını qazanan biri olmasıdır.