BAKI, 29 aprel. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) çıxması Yaxın Şərq ölkələri arasında parçalanmanı dərinləşdirə və bazarda neft təklifinin artmasına səbəb ola bilər.
Teleqraf "La Repubblica" qəzetinə istinadən xəbər verir ki, bu qərarın əsas səbəbi Səudiyyə Ərəbistanı ilə fikir ayrılıqları və mövcud münaqişədən qaynaqlanan gərginlikdir.
Nəşr qeyd edir ki, BƏƏ-nin bu addımı regionda sabitliyə mənfi təsir göstərərək Yaxın Şərqdə mövcud balansı zəiflədə bilər.
Məlumata görə, daha əvvəl BƏƏ Xarici İşlər Nazirliyinin strateji kommunikasiyalar departamentinin direktoru Afra əl-Hameli ölkəsinin OPEK-dən çıxmaq qərarının strateji xarakter daşıdığını bildirib.