BAKI, 28 aprel. TELEQRAF

İsrail hakimiyyəti Qolan təpələrində İsrail və Suriya qüvvələrinin ayrılması ilə bağlı razılaşmanın müddəalarına riayət etməli, BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı müvafiq qətnamələrinə hörmətlə yanaşmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

Nebenzya Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasında bildirib ki, İsrailin işğalını sistematik şəkildə genişləndirməsi, birtərəfli demilitarizasiyası bu gün Yaxın Şərqdə ciddi problemlərə çevrilib. Eyni zamanda, biz tez-tez guya xaricdəki təhdidlərə qarşı İsrailin özünü müdafiə etdiyinə dair çıxışları eşidirk. Bu arqumentin qüsurlu olduğunu son illərdə ərazisindən İsrailə bir dəfə də olsun atəş açılmamış Suriyanın nümunəsində aydın görürük. Dəməşq həmçinin Qərbi Qüdslə təhlükəsizlik məsələlərinin hərtərəfli həlli üçün ciddi dialoqa hazırdır. Bütün bunlara baxmayaraq, İsrail Suriyanın cənubunu işğal etməyə davam edir, mərkəzdənqaçma qüvvələrinin əlinə oynayır və müntəzəm olaraq Suriya ordusunun imkanlarını sarsıdan hava hücumları həyata keçirir. Biz İsrail hakimiyyətini 1974-cü il Qüvvələrin Ayrılması Sazişinin müddəalarına riayət etməyə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə hörmət etməyə çağırırıq".

Rusiya daimi nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Dəməşqin siyasi müdrikliyi və strateji möhkəmliyi zəifliklə qarışdırılmamalıdır: "Dəməşqin səbir kasası daşa bilər".