BAKI, 29 aprel. TELEQRAF
ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili, səfir Culi Devis yaxın həftələrdə vəzifəsindən ayrılacaq.
Teleqraf "Financial Times"a istinadən xəbər verir ki, bu qərar onun ABŞ prezidenti Donald Trampla fikir ayrılıqları ilə bağlıdır. Məlumata görə, diplomat yaxın vaxtlarda Kiyevi tərk edəcək.
Bildirilir ki, Culi Devis bu vəzifədə 2025-ci ilin mayından çalışır. Onun fəaliyyət dövründə ABŞ-nin Ukraynaya dəstəyinin azalması ilə bağlı Donald Tramp administrasiyasının siyasətindən narazılığı formalaşıb.
Qeyd olunur ki, Devis artıq qərarı ilə bağlı ABŞ Dövlət Departamentini məlumatlandırıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Ukraynadakı sabiq səfiri Bricit Brink də istefasını açıqlamış və bunu Donald Trampın Ukrayna hakimiyyətinə təzyiqləri ilə əlaqələndirmişdi.