BAKI, 29 aprel. TELEQRAF
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Ukrayna münaqişəsinin başa çatmasına imkan vermədiyini bildirib.
Teleqraf xəbər verir ki, Zaxarova Hindistanın "Firstpost" informasiya portalına müsahibəsində deyib ki, Vladimir Zelenskinin əsasən Böyük Britaniya və Avropa İttifaqından olan sponsorları münaqişəni uzatmaq üçün bütün vasitələrdən istifadə edir.
Onun sözlərinə görə, Kiyevdə hazırda sülhə siyasi iradə müşahidə olunmur və Rusiya üzərində “strateji məğlubiyyət” əldə olunacağı ilə bağlı illüziyalar qalmaqdadır.
Zaxarova əlavə edib ki, Zelenskinin Rusiyanın aprelin 11-12-də elan etdiyi pasxa atəşkəsinə cavab olaraq “güzgü tədbirləri” barədə bəyanatlarına baxmayaraq, Ukrayna hakimiyyəti faktiki olaraq atəşin dayandırılması barədə göstəriş verməyib.