BAKI, 29 aprel. TELEQRAF

İran Rusiyanın Tehran və Vaşinqton arasında mümkün razılaşmanın icrasına qarant ola biləcəyini düşünür.

Teleqraf xəbər verir ki, bu barədə İranın Qahirədəki səfiri Müctəba Firdovsi Pur bildirib.

Diplomat qeyd edib ki, Tehran Moskva ilə birlikdə müharibənin başa çatdırılması istiqamətində səylərini davam etdirir.

Onun sözlərinə görə, məhz Rusiya İrana qarşı mümkün yeni hücumların qarşısının alınmasında təminatçı rolunu oynaya bilər.

Səfir vurğulayıb ki, Rusiya daha əvvəl də İranın nüvə proqramı ətrafında yaranmış mübahisələrin diplomatik həllində mühüm rol oynayıb.