BAKI, 29 aprel. TELEQRAF
Malinin prezidenti Assimi Qoyta ölkədə vəziyyətin tam nəzarət altında olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə xalqa müraciətində bildirib. Müraciət yerli ORTM telekanalı vasitəsilə yayımlanıb.
Assimi Qoyta aprelin 25-dən – ölkənin bir sıra bölgələrində radikal silahlı qruplaşmaların koordinasiyalı hücumlarının başladığı vaxtdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
Prezident vurğulayıb ki, radikal silahlı qruplaşmalara qarşı əməliyyatlar onların tam məhv edilməsi və ölkə ərazisində dayanıqlı təhlükəsizliyin bərpasına qədər davam edəcək.
O, həmçinin vətəndaşları düşmən qüvvələrin cəmiyyəti parçalamaq cəhdlərinə uymamağa çağırıb.
Məlumata görə, aprelin 25-də Mali hökumət qüvvələri beynəlxalq müttəfiqlərin dəstəyi ilə radikal qruplaşmaların çoxsaylı hücumlarını dəf edib və günün ortalarınadək vəziyyətə nəzarəti bərpa edib.