BAKI, 25 aprel. TELEQRAF

Özbəkistan 2026-cı ildə ölkə iqtisadiyyatına 53 milyard dollar həcmində xarici investisiya cəlb etməyi hədəfləyir.

Teleqraf xəbər verir ki, bu barədə ölkə Prezidenti Şavkat Mirziyoyev bəyan edib.

Dövlət başçısı, həmçinin respublikada süni intellekt (AI) əsaslı yeni platformanın hazırlanması barədə tapşırıq verib.