BAKI, 29 aprel. TELEQRAF
Macarıstanın yeni hökuməti Viktor Orbanın ilk rəhbərliyi dövründə (1998-2000-ci illər) dövlət əmlakının özəlləşdirilməsi zamanı törədilmiş mümkün cinayətləri araşdırmaq üçün xüsusi komissiya yaradacaq.
Teleqraf xəbər verir ki, bu barədə Tisza partiyasının lideri və tezliklə baş nazir olacaq Peter Magyar məlumat verib.
Magyar X-də yazıb: "1998-2000-ci illərdə baş verən "kortəbii özəlləşdirmə" zamanı oğurluqları araşdırmaq və onlardan kimin faydalandığını müəyyən etmək üçün komissiya yaradacağıq. Bu komissiya həmçinin dövlət əmlakının yuxarıda qeyd olunan oğurluqlarında dövlət təhlükəsizlik orqanlarının və partiya rəhbərliyinin hər hansı potensial iştirakını müəyyən etməli olacaq".
Tisza lideri əvvəllər Orban hökumətinin hakimiyyəti dövründə son illərdə törədilmiş mümkün korrupsiya cinayətlərini araşdırmaq üçün aktivlərin qorunması və bərpası agentliyi yaradacağını açıqlayıb.