BAKI, 21 aprel. TELEQRAF

ABŞ İranla atəşkəsdən əvvəl olduğunundan daha güclüdür.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

D. Tramp ordunun tam hazır vəziyyətə gətirildiyini vurğulayıb:

"Biz tam təchiz olunmuşuq, hazırda atəşkəsdən əvvəl olduğumuzdan daha güclüyük. Atəşkəs dövründən ehtiyatlarımızı yenidən toplamaq üçün istifadə etdik. Ehtimal ki, onlar da (İran - red.) müəyyən dərəcədə ehtiyatlarını bərpa ediblər".

Donald Tramp rəsmi Tehranla əldə olunmuş atəşkəs rejiminin müddətinin artırılmasına qarşı olduğunu ifadə edib:

"Yekunda İranla əla bir razılaşma olacaq, danışıqlarda güclü mövqedəyik. Atəşkəs üçün çox vaxt qalmayıb, mən onu uzatmaq istəmirəm”.

ABŞ Prezidenti atəşkəsin uzadılmasına imkan verəcək razılaşma olmayacağı təqdirdə hərbi varianta da hazır olduqlarını vurğulayıb.

Xatırladaq ki, ABŞ və İran arasında əldə edilmiş müvəqqəti atəşkəsin müddəti aprelin 22-də bitəcək.