BAKI, 15 aprel. TELEQRAF
Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxma prosesi 2027-ci ilin aprelində rəsmən yekunlaşacaq.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mixay Popşoi məlumat verib.
O bildirib ki, Prezident Maya Sandu parlamentin MDB çərçivəsindəki sazişlərin ləğvi ilə bağlı qərarlarını təsdiqlədikdən sonra rəsmi prosedur işə düşüb:
"Aprelin 8-də birliyin Minskdəki katibliyinə müvafiq bildiriş göndərilib. Biz artıq bildirişin daxil olması barədə təsdiq almışıq. Beləliklə, 2027-ci ilin aprelində respublika rəsmi olaraq MDB-ni tərk etməlidir".