BAKI, 29 mart. TELEQRAF
Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar İranın XİN naziri Abbas Əraqçi ilə telefonla danışığı aparıb və regiondakı vəziyyəti müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat yayılıb.
İshaq Dar dialoq və diplomatiyanın davamlı sülh üçün yeganə mümkün yol olaraq qaldığını qeyd edib və gərginliyin azaldılmasının zəruri olduğunu vurğulayıb.
"Bütün hücumlar və düşmənçilik fəaliyyətləri dayandırılmalıdır",- Pakistanın XİN başçısı bildirib.
O bildirib ki, Pakistan regional sülh və sabitliyin bərpasına yönəlmiş bütün səyləri dəstəkləməyə sadiq qalır.
Deputy Prime Minister/Foreign Minister, Senator Mohammad Ishaq Dar @MIshaqDar50 held a telephonic conversation with Foreign Minister of Iran, Abbas Araghchi @Araghchi.
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) March 28, 2026
The two leaders discussed the evolving regional situation and ongoing developments. DPM/FM emphasized the need… pic.twitter.com/8KkAcYhsOG