BAKI, 17 mart. TELEQRAF

İran ilk dəfə olaraq İsrail və ABŞ-yə qarşı "Hacı Qasim" orta mənzilli ballistik raketindən istifadə edib.

Teleqraf xəbər verir ki, raketə 2020-ci ildə amerikalılar tərəfindən öldürülən İran silahlı qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaninin adı verilib.

Bu, bərk yanacaqla işləyən, iki mərhələli ballistik raket 2020-ci ildə təqdim edilib. Onun mənzili təxminən 1400 km, döyüş başlığı isə 500 kq-dır.