BAKI, 17 mart. TELEQRAF

Vaşinqtonun Kiyevə göndərdiyi yardım vəsaitlərinin xərclənməsi araşdırma tələb edir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Amerika liderinin sözlərinə görə, ABŞ artıq Ukraynaya pul xərcləmir: "Onlar bizdən silahları tam qiymətə alırlar. Lakin keçmiş ABŞ prezidenti Bayden onlara silah üçün 350-400 milyard dollar nağd pul verib. Və biz bu nağd pulla məşğul olmalıyıq".