BAKI, 17 mart. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək və həll yolları axtarmaq üçün çərşənbə günü regional səfərə çıxacaq.
Teleqraf xəbər verir ki, bu barədə H.Fidan Kanadanın xarici işlər naziri Anita Anand ilə birgə mətbuat konfransında bildirib.
“Sabahdan etibarən region turnesinə çıxıram. Prezidentimizin bu məsələ ilə bağlı mesajını çatdırmaq, eləcə də Türkiyənin davamlı regional sülhə nail olmaq üçün qiymətləndirmələrini və təkliflərini bölüşmək istəyirəm. Artıq Qərb və Şərqdəki dostlarımızı nəzərdən keçirib qiymətləndirmişik. Digər müttəfiqlərimiz də onları qiymətləndirirlər. Məqsədimiz dəyişməyib. Hər kəsin suveren ərazisi olmalıdır, hər kəs öz sərhədləri daxilində təhlükəsiz yaşasın, fələstinlilərin öz dövləti olsun, İran, ərəb ölkələri və hamımız sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşayaq”, - deyə Fidan bildirib.
O əlavə etdi ki, Türkiyə bunun mümkünlüyünə inanır və Ankaranın münaqişələrin həllinə öz baxışı var.