BAKI, 17 mart. TELEQRAF

NATO ölkələri Vaşinqton administrasiyasına ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməyəcəklərini bildiriblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" yazıb.

O qeyd edib ki, artıq NATO ölkələrinin köməyinə ehtiyacı yoxdur: "Biz böyük hərbi uğurlar qazanmışıq, artıq NATO ölkələrindən kömək istəmirik və ya onlara ehtiyac duymuruq və heç vaxt ehtiyac duymamışıq. Eyni şey Yaponiya, Avstraliya və Cənubi Koreya üçün də keçərlidir".