BAKI, 30 aprel. TELEQRAF
ABŞ Konqresi Pentaqon rəhbəri Pit Heqsetin iştirakı ilə İrana qarşı müharibə ilə bağlı dinləmələr keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
ABŞ müdafiə naziri bildirib ki, hazırda ən böyük problem Konqresdəki demokratların və bəzi respublikaçıların ehtiyatsız skeptisizm və məğlubiyyət xarakterli bəyanatlarıdır.
"Prezident Tramp Amerikanın keçmiş siyasəti nəticəsində aşınmış və güc nümayiş etdirmək qabiliyyətinin azalmasına səbəb olan hərbi-sənaye bazasını miras alıb" - Pit Heqset qeyd edib.