BAKI, 30 aprel. TELEQRAF
Çin və ABŞ dinc yanaşı yaşamaq üçün birlikdə çalışmalıdırlar.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nazir Vanq Yi ilə ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı barədə yaydığı məlumatda qeyd olunub.
"Çin və ABŞ əməkdaşlığın əhatə dairəsini genişləndirməli, fikir ayrılıqları olan sahələri idarə etməli, strateji, konstruktiv və sabit ikitərəfli münasibətlər qurmaq üçün imkanlar axtarmalı və qarşılıqlı hörmət, dinc yanaşı yaşama, qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə riayət etməlidirlər"- deyə, məlumatda qeyd olunur.
Çin XİN rəhbəri yüksək səviyyəli diplomatiyanın həmişə Çin və ABŞ arasında münasibətlərin inkişafı üçün əsas prinsip olduğunu deyib: " Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampın strateji rəhbərliyi altında bu əlaqələr ümumilikdə sabit qalır. Bu vəziyyət hər iki ölkənin əsas maraqlarına və beynəlxalq ictimaiyyətin ortaq gözləntilərinə uyğundur".