BAKI, 1 may. TELEQRAF
“Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin mayın 4-də keçiriləcək sammiti ilə əlaqədar Ermənistana səfər edəcək”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
Ekspert bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ukrayna liderindən fərqli olaraq, Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini bloklayıb.
Matevosyan bunu Ermənistanın Paşinyanın dövründə Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) üzv olması ilə izah edib.
“Paşinyan Putinin Ermənistana səfərini blokladı, amma Zelenskini qırmızı xalça ilə qarşılayacaq”, - politoloq əlavə edib.
Xatırladaq ki, BCM 2023-cü il martın 17-də Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Orderlər Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyası və köçürülməsi ilə bağlı hərbi cinayətlərə görə məsuliyyət iddialarına əsaslanır.
Beynəlxalq məhkəmənin üzvü olan ölkələr səfər edəcəyi təqdirdə BCM-in Nizamnaməsinə uyğun olaraq, Rusiya Prezidentini həbs etməlidirlər.