BAKI, 1 may. TELEQRAF

2026-cı ilin birinci rübü ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 21 milyon dollar, əsaslı xərclər isə təxminən 9 milyon dollar olub.

Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2026-cı ilin birinci rübünə dair hesabatında qeyd edilib.

Bildirilib ki, rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,5 milyon kubmetr olub.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən qazı çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.