BAKI, 1 may. TELEQRAF
Müdafiə Nazirliyinin "İstirahət evi"nin sabiq rəisi mayor İlham Haqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, İlham Haqverdiyev 15 min manat cərimə cəzasına məhkum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, İlham Haqverdiyevin barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, o, Hərbi Prokurorluq tərəfindən məsuliyyətə cəlb olunub. İttihama görə, o, rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.