BAKI, 1 may. TELEQRAF

“Gürcüstan və ABŞ arasında münasibətlərin yenidən qurulmasına ehtiyac var”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin İnsan Hüquqları Komitəsinin sədri Rati İonatamişvili deyib.

Komitə rəhbərinin fikrincə, bu, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün də vacibdir.

“Son zamanlarda iki ölkə arasındakı münasibətlərdə müsbət dinamika müşahidə olunur. Ən əsası, bu gün Qara dənizin təhlükəsizliyi təkcə Gürcüstan məsələsi deyil, həm də bütün regionun və Orta Dəhlizi birləşdirən ölkələrin və iqtisadiyyatların maraqlarına uyğundur”, - İonatamişvili vurğulayıb.