BAKI, 4 mart. TELEQRAF
Şri-Lanka sahillərində ABŞ-nin sualtı qayığı tərəfindən batırılan İran hərbi gəmisinin heyət üzvlərindən 80-nin meyiti aşkar edilib.
Teleqraf xəbər verir ki, bu barədə ada dövlətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, söhbət İran Hərbi Dəniz Qüvvələrinə məxsus "IRIS Dena" freqatından gedir. Şri-Lanka xilasediciləri hadisə yerindən artıq 80 nəfərin cəsədini çıxarıblar.
Pentaqon isə sözügedən gəmiyə endirilən torpeda hücumunun görüntülərini rəsmən yayımlayıb.
***
14:16
İran Hərbi Dəniz Qüvvələrinə məxsus "Dena" freqatı Şri-Lanka sahillərində qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, hadisə zamanı göyərtədə olan 180 ekipaj üzvündən 100-dən çoxunun taleyi barədə məlumat yoxdur.
Hadisə nəticəsində 78 ekipaj üzvü yaralanıb. Onlardan 30 nəfərinin artıq xəstəxanaya yerləşdirildiyi bildirilir.