BAKI, 23 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Polşa və Baltikyanı ölkələri Ukrayna və Belarus sərhədinə hərbi kontingent yerləşdirməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Zelenski bu ölkələrin liderlərinə müraciət edərək Belarusun Ukrayna və digər qonşu dövlətlər üçün təhlükəsini xatırladıb.

"Qeyd etdiyiniz kimi, Belarus sizin ölkələriniz üçün Rusiya qədər təhlükədirsə, o zaman niyə qoşunlarınız Ukrayna-Belarus sərhədində olmamalıdır?", - deyə Zelenski bildirib.

Zelenski Polşanın hələlik Ukrayna ərazisində hərbi kontingentinin yerləşdirilməsini təklif etmədiyini də bildirib.