BAKI, 23 fevral. TELEQRAF
ABŞ-nin “Blackwater” özəl hərbi şirkətinin qurucusu Erik Prins Ukraynanın pilotsuz uçuş aparatları üçün proqram təminatı hazırlayan “Swarmer” startapının rəhbərliyinə daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb. Məlumata görə, Prins şirkətdə icraedici olmayan idarə heyətinin sədri vəzifəsini tutub.
Nəşr qeyd edir ki, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının son sənədləri Prinsin Ukraynanın pilotsuz sistemlər sektorunda əməkdaşlıq axtardığını təsdiqləyir.
Bildirilir ki, həm Erik Prins, həm də “Swarmer” şirkətinin nümayəndələri bu məlumatla bağlı şərh verməkdən imtina ediblər.