BAKI, 23 fevral. TELEQRAF
ABŞ və rəhbərlik etdiyi koalisiya bir ay ərzində qüvvələrini Suriya ərazisindən çıxaracaq.
Teleqraf xəbər verir ki, bu barədə “Syria” TV-yə hökumətdən məlumat verilib.
“Hazırda ABŞ hərbçiləri ölkənin şimal-şərqindəki Kəsrək hərbi bazasından çıxır. Sayları 1 min nəfəri keçmir, çıxış 20-30 gün ərzində tamamlanacaq”, - mənbə bildirib. Qeyd edilib ki, şəxsi heyət və hərbi texnika konvoyları qonşu İraq ərazisinə yönəldilir.
Kəsrək bazası Təl-Tamər şəhərindən 45 km məsafədə yerləşir, kürdlərin sıx məskunlaşdığı Hasəkə vilayətindədir. Buradakı hava bazası Xərrab əl-Zir ilə birlikdə Qərb koalisiyası tərəfindən Suriyada yaradılmış ən böyük hərbi obyekt hesab olunurdu. Bundan əvvəl ABŞ və müttəfiqləri əyalətin cənubundakı Əş-Şəddadi təlim düşərgəsini tərk etmişdi.
Fevralın 12-də koalisiya hərbçiləri Əl-Tanf bazasından çıxmışdı, bu baza Dəməşq-Bağdad strateji yoluna nəzarət etməyə imkan verirdi.