BAKI, 22 fevral. TELEQRAF

Slovakiya Baş naziri Robert Fitso 23 fevral tarixində ölkənin milli elektrik sistemi operatorundan Ukraynaya fövqəladə elektrik tədarükünü dayandırmağı xahiş edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Robert Fitso "Facebook"da yayımladığı videomüraciətdə bildirib.

Fitso qeyd edib ki, bu addım Ukrayna tərəfinin “Drujba” neft kəməri vasitəsilə Slovakiyaya Rusiya neftinin tədarükünü dayandırmasına reaksiyadır. Fevral ayının əvvəlindən Slovakiya enerji xammalı əldə etmir və ölkə hökuməti neft çatışmazlığı səbəbindən ölkədə böhran vəziyyəti elan edib.

“Sabah mən dövlət şirkətinə baş çəkib Ukraynaya fövqəladə elektrik tədarükünü dayandırmağı xahiş edəcəyəm", - Baş nazir bildirib.