BAKI, 23 fevral. TELEQRAF

Rusiya prezidenti Vladimir Putin nüvə triadasının inkişafını ölkənin təhlükəsizliyinin təminatı kimi qeyd-şərtsiz prioritet adlandırıb.

Teleqraf xəbər verir ki, "RIA Novosti"yə istinadən xəbər verir ki, o, bunu Vətən Müdafiəçisi Günü münasibətilə yayımlanan müraciətində bildirib. Kremlin saytında dərc olunan çıxışında Putin nüvə triadasının Rusiyanın təhlükəsizliyinə zəmanət verdiyini vurğulayıb.

Onun sözlərinə görə, nüvə triadası strateji cilovlamanın səmərəli şəkildə təmin olunmasına və dünyada qüvvələr balansının qorunmasına imkan yaradır.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin strateji hücum silahları haqqında sazişin müddəti bitdikdən sonra Rusiyanın məsuliyyətli davranacağını və beynəlxalq vəziyyəti diqqətlə təhlil edəcəyini bildirmişdi.