BAKI, 22 fevral. TELEQRAF

Malayziyada Solomon adaları yaxınlığında 7,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Kota-Kinabalu şəhərindən təxminən 97 km şimalda yerləşib və ocağı 620 km dərinlikdə olub.

Hazırda zəlzələ nəticəsində insan tələfatı və ya dağıntılar barədə məlumat verilmir, tsunamı təhlükəsi elan edilməyib.