BAKI, 23 fevral. TELEQRAF
2025-ci ildə dənli və dənli paxlalı bitkilərin yığımında 518 min 954 ton ilə ən çox məhsul yığımı Qarabağ iqtisadi rayonunda qeydə alınıb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 8,92% artım deməkdir.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu bölgədə məhsuldarlıq 1 hektardan 36,8 sentner olub.
Respublikanın digər rayonları üzrə məhsuldarlıq Şəki-Zaqatalada 480 min 494 ton (35,4 sent/ha), Şirvan-Salyan iqtisadi rayonunda 382 min 51,1 ton (35,1 sent/ha), Mərkəzi Aranda 350 min 345,1 ton (31,9 sent/ha), Dağlıq Şirvanda 335 min 274,7 ton (28,6 sent/ha), Lənkəran-Astarada 308 min 195,8 ton (30,4 sent/ha), Mil-Muğanda 294 min 893 ton (42,1 sent/ha), Qazax-Tovuzda 231 min 972,9 ton (38,1 sent/ha), Quba Xaçmazda 217 min 972,4 ton (31,5 sent/ha), Gəncə-Daşkəsəndə 157 min 155,4 ton (37,2 sent/ha), Naxçıvanda 44 min 606,2 ton (27,8 sent/ha), Şərqi Zəngəzurda 40 min 697,5 ton (13,2 sent/ha), Abşeron-Xızıda isə 12 min 849,4 ton (26,3 sent/ha) olub.
Qeyd edək ki, dənli və dənli paxlalı bitkilərin yığımında respublika üzrə istehsal 3 milyon 375 min 461,4 ton (33,4 sent/ha) olub. Ötən illə müqayisədə respublika üzrə bu bitkilərin yığımında 3,02% artım qeydə alınıb.