BAKI, 23 fevral. TELEQRAF

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının vəsatəti təmin edilib.

Qafar Abdullayevin həbs müddəti mayın 30-a qədər artırılıb.

Xatırladaq ki, fevralın 20-də Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayevin həbs müddəti mayın 30-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl onların barəsində 3 ay 28 gün müddətinə həbs edilmişdi.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 32.5, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri (rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və s.) üzrə ittihamlar irəli sürülüb.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Məlumata görə, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov həbs ediliblər.