BAKI, 22 fevral. TELEQRAF
ABŞ Ali Məhkəməsinin Tramp dövründə tətbiq edilmiş tarifləri ləğv etməsi Çin tərəfinin Vaşinqtonla danışıqlarda üstün mövqeyə sahib olmasına imkan yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazır.
Məlumata görə, ABŞ Ali Məhkəməsi 20 fevral tarixində Donald Trampın ikinci prezidentlik dövründə tətbiq etdiyi fövqəladə tarifləri qanunsuz hesab edib. Bu qərar Çin mallarına tətbiq olunan tariflərə aiddir və nəticədə Çin eyni qlobal 15% tarif dərəcəsinə tabe olur, hansı ki, ABŞ-nin müttəfiqlərinə də şamil edilir və 150 gün müddətində qüvvədə qalır.
Fudanın Universitetinin Amerika Araşdırmaları Mərkəzinin direktoru U Sinbo hesab edir ki, bu qərar Çin tərəfini danışıqlarda daha güclü mövqeyə gətirir. O xatırladıb ki, əvvəlki tarif razılaşmaları çərçivəsində Pekin təxminən 25 milyon ton soya almağa söz vermişdi. U Sinbo qeyd edib ki, tariflər qanunsuz hesab olunarsa, “soya kartı” yenidən Çinin əlində olacaq və bu, Pekinə əlavə üstünlük təmin edir.