BAKI, 23 fevral. TELEQRAF

KXDR lideri Kim Çen In Koreya Əmək Partiyasının (KƏP) baş katibi vəzifəsinə yenidən seçilib.

Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Telegraf Agentliyi (KMTA) məlumat yayıb. Agentliyin açıqlamasında qeyd olunub ki, qurultay Kim Çen Inın partiyanın ali postuna yenidən seçilməsi ilə bağlı təklifi tam dəstəkləyib və təsdiqləyib.

Xatırladaq ki, daha əvvəl Kim Çen In Pxenyanda yeni yaşayış məhəlləsi və KXDR hərbçilərinin şərəfinə adlandırılan yeni küçənin açılışında iştirak edib. Bildirilir ki, o, həlak olmuş hərbçilərin ailələrinə yeni mənzillərin açarlarını təqdim edib, daha sonra isə qızı ilə birlikdə mənzillərdən birinə baş çəkib.