BAKI, 22 fevral. TELEQRAF

İran və ABŞ Cenevrədə dolayısı ilə aparılan görüşlər zamanı İranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həlli üçün praktik təkliflər mübadiləsi aparıblar və bu danışıqlardan ümidverici siqnallar əldə olunub.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian açıqlama verib.

Peşeskian qeyd edib ki, İran regionda sülh və sabitliyə sadiqdir.

“Son danışıqlar praktik təkliflərin mübadiləsini əhatə edib və ümidverici siqnallar verib”, - o, "X" sosial şəbəkəsində yazıb.

Eyni zamanda, prezident vurğulayıb ki, İran hakimiyyəti ABŞ-nin fəaliyyətini diqqətlə izləyir və mümkün bütün ssenarilər üçün lazımi tədbirləri görüb.