BAKI, 23 fevral. TELEQRAF
"Mən lisenziyalardan istifadə edərək xarici ölkələrə, xüsusən də onilliklər boyu ABŞ-ı talan edən ölkələrə qarşı tamamilə dəhşətli işlər görə bilərəm".
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "TruthSocial" sosial media platformasında qeyd edib.
O bildirib ki, ABŞ Ali Məhkəməsi ticarət tarifləri ilə bağlı qərardan əvvəl ona "təsadüfən və qeyri-iradi olaraq" daha çox səlahiyyət verib.
Fevralın 20-də ABŞ Ali Məhkəməsi Trampın tariflərinin qanunsuz olduğuna dair qərar verib.
Sözügedən tariflər ABŞ-yə dərman göndərişlərinin qarşısını almaq üçün Kanada, Çin və Meksikaya tətbiq edilib. Ali Məhkəmənin qərarından sonra dollar Britaniya funt sterlinqi, avro və yapon yeninə qarşı bahalaşıb.