BAKI, 19 fevral. TELEQRAF
ABŞ Suriyada qalan bütün hərbi kontingentini ölkədən çıxarmağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ hazırda ərəb respublikasında qalan təxminən 1 000 hərbçisinin çıxarılması prosesini həyata keçirir. Bu prosesin təxminən iki ay davam edə biləcəyi bildirilir.
Qeyd olunur ki, qərar ABŞ ilə İran arasında münasibətlərin gərginləşməsi ilə bağlı deyil.